168
2005-
ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir. Zirədə keçirilən görüş zamanı
ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə
dəvət edir. Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı olacağına
söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında Xəzər rayonunda keçirilən tədbirlər
bitər-bitməz Mehriban xanım həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə
getməyi unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri
işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış Badam nənə onu sonsuz sevinc hissi
ilə, ən xoş sözlərlə qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma sə-
mimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq səhhəti ilə, dolanı-
şığı, ailəsinin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi, onun mənzilinin
təmir edilməsi və avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.
Buraya hər gəlişində “Qızımsan, balamsan, mən səninlə nəfəs alıram”, - deyib Meh-
riban xanımı bağrına basan Badam nənədən hal-əhval tutması, onu çay süfrəsinə dəvət
etmiş insanların dəvətini məmnunluqla qəbul edib onlarla səmimi söhbət etməsi ona
olan hörmət və sevgini daha da artırır. Mehriban xanımın Xəzər rayonuna hər bir səfəri
sakinlər üçün əsl bayrama çevrilir, çünki onunla görüşə toplaşan bütün insanlar bir
sıra problemləri ilə bağlı xahiş və arzularını ona çatdırır. Mehriban xanım qaldırılan
məsələlərin hamısının diqqətlə öyrəniləcəyini, imkan daxilində kömək göstəriləcəyini
bildirir. Verdiyi sözün əməli işlə təsdiq olunması onun xarakterinin üstün cəhətlərin-
dən biridir. Məhz buna görə də insanlar problemlərinin tez bir zamanda həll olmasına
inanır və bunun şahidi olurlar.