174
Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü olan Mehriban Əliyevanın Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri kimi 2006-cı ilin dekabrında ABŞ-a işgüzar səfəri iki ölkə arasında
dostluq münasibətlərinin genişlənməsində, Azərbaycan həqiqətlərinin təqdimatında
əhəmiyyətli rol oynamışdır.
Mehriban Əliyevanın Ağ evdə ABŞ-ın birinci xanımı Lora Buş, məşhur siyasi xa-
dim Zbiqnev Bjezinski, senator Key Beyli Hatçinson və Konqresin üzvü Şila Sikula Gibs,
dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz,
dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə
səmimi görüşləri, Heydər Əliyev Fondu və senator Hatçinsonun həmsədri olduğu “Vital
Voice” qeyri-hökumət humanitar təşkilatı arasında əməkdaşlığa dair memorandumun
imzalanması, Azərbaycanın ABŞ-dakı səfirliyində Amerikanın müxtəlif ştatlarında təh-
sil alan azərbaycanlı tələbələrlə görüşü yaddaqalan olmuşdur. ABŞ-Azərbaycan Ticarət
Palatasının 10 illiyi münasibətilə Vaşinqtonun möhtəşəm “Endryu Melon” Auditori-
umunda Mehriban Əliyevanın şərəfinə verilmiş ziyafətdə Ağ evin və Dövlət Departa-
mentinin yüksəkvəzifəli rəsmilərinin, konqresmenlərin, görkəmli siyasi və ictimai xa-
dimlərin, xarici ölkələrinABŞ-da akkreditə olunmuş səfirlərinin – 300-dən artıq insanın
iştirakı, ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, dünyada çox böyük nüfuz sahibi
olan Ceyms Beykerin, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Riçard
Luqarmın geniş nitqlə çıxış etmələri Azərbaycan Prezidentinin xanımının beynəlxalq
aləmdə nüfuzuna, şəxsi mövqeyinə, ictimai fəaliyyətinə verilən yüksək qiymətin konk-
ret ifadəsi oldu
49
.