181
Onun təşəbbüsü ilə BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbay-
can otağı”nın, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa Parlamenti,
UNESCO kimi mötəbər qurumların mənzil-qərargahlarında Azərbaycanla bağlı tədbir-
lərin, dünyanın aparıcı dövlətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi
ölkəmizin nüfuzunun beynəlxalq arenada daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün hər bir fürsəti böyük
imkana çevirir Mehriban xanım. Xoşməramlı səfiri olduğu UNESCO-nun siyasətdən
uzaq olan bir qurum olduğuna baxmayaraq, işğal olunmuş ərazilərdə dağıdılan tarixi və
mədəni abidələrdən, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsil almaq
imkanlarından söz açaraq mötəbər qurumun tribunasından yenə də bütün diqqəti Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə yönəldir.