193
Mehriban Əliyevanın gərgin və çoxşaxəli fəaliyyətində idmanın inkişafına da xü-
susi önəm verilir. Ümumiyyətlə, son illər idmanın inkişafına göstərilən yüksək dövlət
qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpi-
ya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, bir-birinin ardınca parlaq qələbələr əldə
edirlər. Dünya çempionatlarında və beynəlxalq Olimpiya yarışlarında qızıl medal qa-
zanmış idmançılarımızın sayı ildən-ilə artır.
Azərbaycanda bir çox sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun ya-
radılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublika üzrə inşa
edilən və ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı
artıq 40-ı ötmüşdür. Ölkəmiz hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən
biridir.
İdman sağlamlıq rəmzidir, idman gözəllik
rəmzidir, idman milli qürur və milli
həmrəylik rəmzidir.
Mehriban Əliyeva