197
Tərkibində idmanın dörd növünü – bədii gimnastika, kişi idman gimnastikası, akro-
batika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının
son illər ərzində əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən ma-
raqla izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın Azərbaycan
Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olmuşdur. Belə ki, 2002-ci il-
dən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəa-
liyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlamışdır
57
.
Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyi ilk
vaxtlardan ölkəmizdə bədii gimnastika üzrə beynəlxalq turnirlərin keçirilməsi barədə
təkliflə çıxış etməyə başladı. Onun rəhbərliyə gəldiyi qısa müddət ərzində federasiyanın
gördüyü işlər Beynəlxalq Gimnastika Federasiyasının nəzərindən kənarda qalmadı və
qurumun Afinada keçirilən 74-cü konqresində bədii gimnastika üzrə Dünya kuboku-
nun “A” kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustunda ilk dəfə olaraq Azərbaycanda
keçirilməsi qərara alındı. Dünya kubokuna hazırlıq işləri ilə tanışlıq məqsədi ilə Bakıya
səfər etmiş Beynəlxalq Gimnastika Federasiyası rəhbərləri Azərbaycanda bədii gimnas-
tikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirərək, 2004-cü ildə bədii gim-
nastika üzrə növbəti Dünya kuboku mərhələsinin, 2005-ci ildə isə dünya çempionatının
Bakıda keçirilməsinə razılıq verdilər.