200
2003-
cü ilin avqustunda 17 ölkə təmsilçilərinin iştirakı ilə Bakıda yüksək səviyyədə
keçirilən Dünya kuboku mərhələsi yarışın bütün iştirakçılarının –
gimnastların, ha-
kimlərin, məşqçilərin, Beynəlxalq Gimnastika Federasiyasının rəsmilərinin və ən əsa-
sı, idman həvəskarlarının hafizəsində silinməz izlər buraxdı. Yarışın təşkilində ən incə
məsələlərə belə diqqətlə yanaşan federasiya prezidenti Mehriban Əliyeva hətta Dünya
kubokunun keçiriləcəyi arenanın tərtibatında da öz dəyərli məsləhətlərini əsirgəmədi.
Son nəticə isə məlumdur – ilk dəfə belə yüksək təşkilatçılıqla qarşılaşan nümayəndə
heyətləri mehriban, istiqanlı, qonaqpərvər insanların vətənindən razılıqla ayrıldıqlarını
hər fürsətdə dönə-dönə təkrarlayırdılar
58
.
Bakıda bədii gimnastika üzrə Dünya kubokunun “A” kateqoriyalı mərhələsinin
(2003),
Dünya kubokunun (2004), AGF-nin bədii gimnastika üzrə birinci Kubokunun
(2005),
bədii gimnastika üzrə 27-ci dünya çempionatının (2005), 23-cü (2007), 25-ci
(2009), 30-
cu (2014) Avropa çempionatlarının keçirilməsi Mehriban xanımın gimnasti-
kanın inkişafı istiqamətində apardığı məqsədyönlü fəaliyyətinə verilən yüksək qiymət
kimi dəyərləndirilir.