203
2012-
ci il dekabrın 8-də bütün ölkə ictimaiyyəti Avropa Olimpiya Komitəsi Baş As-
sambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qə-
bul etməsinin sevinc və qürurunu yaşadı. Təbii ki, bu qərar verilərkən ölkəmizin bey-
nəlxalq nüfuzunun artması, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf
edən müasir güclü ölkə kimi təqdim edə bilməsi, etibarlı tərəfdaş kimi tanıtması və
s. kimi müxtəlif amillər nəzərə alınmışdır. Bu tarixi qərarın verilməsi, eyni zamanda,
cəmiyyətimizə xas olan yüksək tolerantlıq mühitinə, iri beynəlxalq tədbirlərin təşkili
sahəsində əldə edilmiş zəngin təcrübəyə möhkəm inamın təzahürü və ölkəmizin idman
sahəsində qazandığı uğurların tanınması kimi dəyərləndirilir.