212
Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxma-
yaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Özünün də etiraf etdiyi kimi,
o, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə,
milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarının əhatəsində böyümüşdür.
İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən Mehriban xanımın insani
keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi onun görkəmli alim, Dövlət mükafatı laureatı,
fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb ədəbiy-
yatı üzrə ilk elmlər doktoru, ilk qadın-professor Aida İmanquliyevanın övladı, Azərbay-
can xalqının ümummilli lideri Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə
Əliyevanın gəlini olmasından da qaynaqlanır.
Ailə mühitini müəyyənləşdirən amillər
çoxdur, amma, yəqin ki, başlıcası
bir ümumi dalğaya köklənən fikir və
dəyərlərin birliyidir. Bir-birinə son dərəcə
diqqətli münasibət çox vacibdir. Əgər
ailədə hər bir kəs özünün vacibliyini
və əvəzedilməzliyini duyursa, özünün
müdafiə olunduğunu və sevildiyini hiss
edirsə - bu, yalnız gələcək ailə səadətinin
əsası deyil, həm də hər bir məqsədə çatmaq
üçün möhkəm bir stimuldur.
Mehriban Əliyeva