218
İctimai fəallığı ilə insanlara örnək olan Mehriban xanım qadının ailədəki rolu və
ailəyə münasibətini hər zaman önə çəkib. “Hər bir qadın üçün onun ailəsi, onun uşaq-
ları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq
missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”
59
söyləyən Mehriban
xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab
edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günün-
dən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevir-
lər”.