223
Maraqlıdır ki, müsahibələrindən birində ölkə Prezidenti də eyni fikri paylaşmışdı:
Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdur-
sa, bütünlüklə, tamam başqa mühitə – onilliklər boyu olduğum ailə həyatı mühitinə
düşürəm. Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoş-
layırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur. ...Onun ictimai yükü çox bö-
yükdür. Hətta birinci xanımın funksiyaları da – protokol tədbirləri və s. çox böyük qüv-
və tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətindən, evdə, uşaqların və nəvələrin
əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imka-
nından ayırır. Lakin, belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur.
Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik
61
”.