233
Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri
hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə
fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirir.
Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür,
deyirlər. Çıxışlarının birində “Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün
əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq
görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyər-
ləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar olunması
üçün ailə dəyərləri daimyüksəklərdə olmalıdır”
62
söyləyən Prezident İlhamƏliyevin ailə
üzvləri hər addımında bu dəyərləri üstün tutduğunu aydın nümayiş etdirirlər.