236
O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan
üçün çox böyük işlər görüb və bu işlərin altına imzasını atıb. O,
xeyirxah işləri ilə kimliyini təsdiqləyib və Azərbaycan tarixinə si-
linməz portretini həkk edib. Milli və bəşəri ideallara bağlı olması,
humanistlik və düzgünlüyü, insanlara qayğı, həssas münasibət
və təmənnasız xidməti fəaliyyətinin əsas kredosu hesab etmə-
si onun zəngin mənəviyyatından xəbər verir. Onun portretinin
əsas cizgilərini mərhəmət, insansevərlik, səmimiyyət, təvazökar-
lıq təşkil edir. Mehriban xanımın çoxşaxəli fəaliyyətinin hər bir
səhifəsi özlüyündə onun insani keyfiyyətlərini aydın təcəssüm
etdirir. Onun hər bir işi cəmiyyətdə yüksək mənəvi idealların
daha da möhkəmlənməsinə, mədəniyyətlər- və sivilizasiyalara-
rası dialoqun təşviqinə, insanlara mərhəmət və xeyirxahlıq kimi
ali dəyərlərin aşılanmasına yönəlib. O, hər bir insanın probleminə
əsl vətəndaş təəssübkeşliyi ilə yanaşaraq, doğma xalqına xidmət
edən nəcib əməllər sahibinə çevrilib. Bu gün o, xalqını sevdiyi qə-
dər xalqı tərəfindən sevilən bir şəxsiyyətdir.