24
Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin
şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həya-
tının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə,
elə də olmalısan - bax, budur bizim həyatımız”
11
söyləyən Mehriban xanım öz həyat
kitabını xeyirxah işləri, səmərəli fəaliyyəti, əzmkarlığı, işgüzarlığı, yüksək ideyalarını
həyata keçirməklə yazmışdır.
Mehriban xanım insanlara yaxşılıq etməklə cəmiyyətdə sağlam ənənələrin, zən-
gin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır və şəxsi nümunəsi ilə ətrafındakılara
yardımsevərlik və mərhəmət hissini aşılayır. Bir hadisəni tez-tez xatırlayıram. 2013-cü
ildə Xalq Artisti Şəfiqə Axundovanın xəstəxanaya yerləşdirildiyini biləndə mənə ona baş
çəkməyi və müalicəsinə lazımi kömək göstərməyi tapşırdı. Gəlişimə və dəstəyə görə Şə-
fiqə xanımın gözlərində gördüyüm sevinci, fərəhi və minnətdarlığı sözlə ifadə etmək və
unutmaq mümkün deyil. Təəssüf ki, çox keçmədən Şəfiqə xanım dünyasını dəyişdi. O
zaman mən bir tərəfdən çox kədərləndim, digər tərəfdən isə insanın köməyə ehtiyacı
olduğu vaxtda, lazımi anda onun yanında olduğumuza görə rahatlıq hissi keçirdim.
Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik
və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərlə-
ri olmuşdur və indi də belədir”
12
söyləyən Mehriban Əliyevanın təşəbbüsü ilə müxtəlif
sahələrdə həyata keçirilən çoxsaylı layihələr, ilk növbədə, sadə insanlara, qayğıya daha
çox ehtiyacı olanlara – valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məc-
buri köçkünlərə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlara, qocalara və
müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara, veteranlara yönəlmişdir. Bütün bunlar
onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təza-
hürüdür.