26
Bu yaxınlarda B.Rayevskinin “Danışan məktub” hekayəsinin motivləri əsasında
1975-
ci ildə çəkilmiş eyniadlı qısametrajli filmə baxdım. Yəqin ki, bir çoxlarının ağlı-
na belə gəlməz ki, filmdə fədakar, xoşxasiyyət balaca Validə rolunu Mehriban xanım
canlandırıb. Bu qısa və dərin məzmunlu filmdəki rol onun tipajına tam uyğundur, san-
ki onun xarakteri üçün seçilmiş və onun üçün yazılmışdır. Sənətkarlıqla oynadığı bu
kiçik rolu, böyük məharətlə yaratdığı obrazı sanki özününküləşdirərək öz xarakterini
yaratmışdır. İnsanlara yardım etmək, böyüklərə diqqət və qayğı göstərmək, yalan danış-
mamaq – bizim indi tanıdığımız Mehriban xanımın öz həyat yolunda müəyyən etdiyi
bütün bu amillər uşaqlığında məharətlə yaratdığı Validə obrazında öz əksini tapmışdır.
Onun uşaqlıqdan bəri qeyri-adi fəallığı ilə seçilməsini, xeyirxahlığı ilə insanların
diqqətini cəlb etməsini atası, akademik Arif Paşayev çox maraqlı izah edir: “Mehri-
ban doğulandan çox fəal olub. Bəzən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Onla-
rın uşaqlığını hər anına kimi xatırlayıram. Yadımdadır, Mehribanı hər dəfə məktəbə
gətirəndə müəllimlər mənə nəsə bir xoş söz deməyə çalışırdılar. O, elə gözəl idi!.. Biz
küçədə gedəndə adamlar ayaq saxlayıb bu balaca qızcığazla görüşər, onu danışdırardı-
lar. Mehriban olduqca xeyirxah insandır. Düşünürəm ki, bu, xüsusi bir xeyirxahlıqdır
mərhəmətlə dolu bu dünyanın sərhədi yoxdur. Bu dünyanın özülü səmimi hislərlə,
insani duyğularla qoyulub. Başqasının kədəri onu elə sarsıdır ki, dərhal əlindən gələn
köməyi göstərmək üçün tələsir... Yəqin ki, siz onun uşaqları qucaqlamasını və öpməsi-
ni görmüsünüz. Hətta bəzən öz doğma uşaqlarını bu cür qucaqlayıb öpmürsən. Bu, bir
göstəri üçün deyil. Bu, onun ürəyindən gəlir və o, həmişə belə olub”
13
.
Onu ürəkdən sevirlər. Onu sadəliyinə,
səmimiliyinə görə sevirlər. O, çox təbiidir.
Axı bu, çox vacibdir, görürsən ki, onda
saxtalıq yoxdur. O, çox acı həqiqəti üzə
deyəndə də, bu, normal qəbul olunur.
Arif Paşayev
Milli Aviasiya Akademiyasının
rektoru, akademik