28
Sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara
səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət
edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınla-
şaraq hal-əhval tutması bunun əyani sübutudur. Onun adına gün ərzində yüzlərlə mək-
tub daxil olur. İştirak etdiyi bütün tədbirlərdə sadə vətəndaşlarla ünsiyyət qurur, onların
problemləri ilə maraqlanır. Müsahibinin kim olmasından asılı olmayaraq hamı ilə dil
tapır. Hər kəsi səbir və təmkinlə dinləyir, səmimi bir müdrikliklə faydalı məsləhətlər
verir və heç kimi ümidsiz qoymur.
2005-
ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər internat orta
məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri Mehriban xanıma yaxınlaşaraq
ondan məskunlaşdıqları yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqra-
mına daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti
tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə xahiş olundu ki,
Mehriban xanıma bu təklifi qəbul etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd
olan bir insan kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmaya-
cağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da prob-
lemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan
mühafizə xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb israrla
yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət görürdü. O, gü-
lümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğ-
ru getdi. Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən insanların, uşaqdan
tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz sevincinə səbəb oldu. Kim isə öz problem-
lərini, dərdlərini paylaşmaq üçün, kim isə sadəcə ona olan böyük hörmət, sevgi və ehti-
ramını ifadə etmək üçün Mehriban xanıma yaxınlaşırdı. O, hamını təmkinlə dinləyir,
mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını söyləyirdi.
Mehriban xanım bu insanların ağır yaşayış şəraitini görüb tezliklə onların məskunlaş-
dığı binanın tamamilə yeni görkəmə salınacağına söz verdi. Və cəmi bir neçə ay sonra
2006-
cı ildə Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə
sonsuz sevinc bəxş etdi – burada vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə
bina əsaslı şəkildə yenidən qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə
yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi.