34
Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab
etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin
edilməsində mühüm rol oynayır. Müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirən
Heydər Əliyev Fondunun dövlətin həmin sahələrdə həyata keçirdiyi siyasətin uğurlu
nəticələr verməsində böyük töhfəsi var. Bunu Prezident İlham Əliyev bir çox çıxışların-
da xüsusi vurğulayıb: “Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proq-
ramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai
təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət
proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbay-
cana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq
son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampani-
yası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai
qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox
ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir”
19
.
Mehriban xanım, əsasən, gələcəyə hesablanmış addımlar atmağı bacarır və Fondun
fəaliyyətini də cəmiyyətin olduqca həssas problemlərinin aradan qaldırılmasına yönəl-
dir. Bu gün biz istənilən sahədə Mehriban xanımın nəcib əməllərinin xoş nəticələri ilə
rastlaşırıq. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən
yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum
olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni
tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası,
qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın dünyaya əsrlər
boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi
tanıdılmasıdır.