36
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı mövzusu daim həlledici
yer tutub, əsas qayəsini və məzmununu təşkil edib.Onun uşaqlara sevgisi hüdudsuzdur.
İndi bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev
Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara
yönəlmişdir. Bu layihələrə o, xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da onu fərqli
məhəbbətlə sevirlər. Fonda göndərilən çoxsaylı məktublar, üzərində Mehriban xanımın
adı həkk olunmuş müxtəlif əl işləri, onun məharətlə çəkilmiş portretləri - bütün
bunların vasitəsi ilə uşaqlar ona öz sevgisini nümayiş etdirirlər.
Çox sadə istəyi var. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara
daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı,
fəal üzvü etməyə çağırır. Bütün çıxışlarında bunu dilə gətirir. İstəyir ki, heç bir uşaq
valideyn qayğısından məhrum olmasın, ağır xəstəliklərdən əziyyət çəkməsin, hər bir
uşaq doğmalarının əhatəsində sağlam böyüsün və onun yaddaşında dərin iz qoyacaq
problemlərlə üzləşməsin. Onların əsl vətənpərvər, Vətənini və onun ənənələrini sevən
və hörmət edən layiqli vətəndaş kimi böyüməsini istəyir: “Mənim arzum odur ki, Azər-
baycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizləri-bizim uşaqlarımızı, balala-
rımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ
həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu
həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər də, problemlər
də gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə
vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız”
20
.
Beynəlxalq təşkilatların, milli
hökumətlərin, maliyyə qurumlarının,
bütün xoşməramlı insanların, uşaqların
taleyinə, ayrılıqda hər bir uşağın taleyinə
biganə olmayan bütün insanların səylərini
birləşdirmək lazımdır.
Mehriban Əliyeva