43
Ümumiyyətlə, elmvə təhsil Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin əsasını təş-
kil edən önəmli cəhət kimi bütün dünyada rəğbətlə qarşılanır. Onun təşəbbüsü ilə Gür-
cüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəb-
lər yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.Mehriban xanımın bu istiqamətdə
fəaliyyəti təkcə təhsilin inkişafına deyil, ayrı-ayrı ölkələr arasında dostluq münasibətlə-
rinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda fransız liseyinin inşası buna əyani
sübutdur.
Siz Azərbaycanın ən yaxşı səfirisiniz, eyni
zamanda, Siz dünyada bütün qadınlar
üçün gözəl nümunəsiniz. Ölkənizin
maraqları naminə gərgin fəaliyyət
aparırsınız, həmçinin parlamentdə fəal iş
görürsünüz. ...Eyni zamanda, Siz mədəni
müxtəlifliyin təşviq edilməsində şəxsən
iştirak edirsiniz. Siz Fransanın böyük
dostusunuz.
Nikola Sarkozi
Fransa Prezidenti (2007-2012)