45
2005-
ci il oktyabrın 8-də Pakistanda çoxsaylı insan tələfatına və böyük dağıntılara
səbəb olan güclü zəlzələ baş vermişdi. Təbii fəlakət ölkə ərazisinin yarıdan çoxunu əhatə
etmiş, paytaxt İslamabadda, Lahorda, xüsusilə Müzəffərabad şəhərində güclü dağıntılar
törətmişdi. Baş verən zəlzələ nəticəsində Müzəffərabad şəhəri Rara ərazisindəki məktəb
tam yararsız vəziyyətə düşmüşdü. Sinif otaqları uşaqların dərs keçməsi üçün təhlükəli
vəziyyət almışdı.Ağır şəraitə baxmayaraq, uşaqlar təhsil almağı çox istəyirdilər, onlar ya
açıq səma altında, ya da çadırlarda dərs keçmək məcburiyyətində qalmışdılar.
2007-
ci il aprelin 3-də Parisdə keçirilən UNESCO-nun xoşməramlı səfirlərinin ənənə-
vi illik yığıncağında Mehriban xanım öz çıxışında dağılmış məktəbin yerində bir il ər-
zində yeni məktəb inşa edilərək istifadəyə veriləcəyini bəyan etdi. Mehriban xanımın
tapşırığı ilə məktəb binasının ağır konstruksiyadan inşası üçün tender elan olundu.
Qısa müddət ərzində çətin dağlıq relyefdə yeni təhsil ocağının inşa olunaraq istifadəyə
verilməsi Pakistan xalqı tərəfindən minnətdarlıqla qarşılandı: “Qızlar üçün orta mək-
təbin inşa edilməsi üçün layihə seçimi özü də çox məsuliyyətli iş idi. Layihəni qısa za-
manda hazırlayan Fond cəmiyyətin inkişafı üçün ən vacib amillərdən olan qadınların
təhsili vasitəsilə xalqın inkişafına daha bir imkan vermiş oldu... Pakistan xalqı ölkə-
də baş vermiş zəlzələnin ağır nəticələrini yüksək səviyyələrdə müzakirəyə çıxardığına
və Parisdə UNESCO-nun qərargahında Pakistanda bərpa işlərini təşviq edərək, xüsusi
təqdimatla çıxış etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya sonsuz
təşəkkürünü ifadə edir”
21
.
Heydər Əliyev Fondunun təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə yardımı təkcə
Pakistanda həyata keçirilmiş layihə ilə məhdudlaşmır. Mehriban xanımın tapşırığı ilə
Fond təbii fəlakətlərin, o cümlədən Rumıniyada daşqın, qar və çovğunların, Haitidə,
İranın Van vilayətində zəlzələnin aradan qaldırılmasında yaxından iştirak edərək bu
ölkələrə yardım edib.