51
Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi bizə Mehriban Əliyeva-
nın hər bir işə, hər bir yeni layihəyə çox diqqətlə yanaşmasını, bütün qabiliyyətini və
daxilən tükənməz enerjisini həmin layihəyə sərf etməsini bir daha göstərdi. O, böyük
bir ürək sahibidir və bu böyüklükdən irəli gələn sevgi və nəvazişdən rastlaşdığı hər bir
uşağa ayırmağı unutmur, insanları da bu nəcib təşəbbüsə səsləyir: “Fondun daim diqqət
mərkəzində olan layihələri ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evləri-
nin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurul-
ması ilə yanaşı, biz çalışırıq kimsəsiz uşaqlara mənəvi dayaq olaq, onlar üçün bir növ ailə
mühiti yaradaq. Artıq mən deyə bilərəm ki, bütün bu uşaqlar bizim üçün əziz və doğma
olublar, biz mütəmadi olaraq onlarla görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu
problemə diqqət yetirməyə çağırıram”
22
.