55
Mehriban xanım və onun qızları Leyla və Arzunun valideyn himayəsindən məhrum
olmuş uşaqlara həssas münasibəti həmişə açıq-aydın hiss olunub. Onların 2004-cü ilin
sonlarından uşaq evləri və internat məktəblərinə başlayan ziyarətləri, kimsəsiz və ya
xəstə uşaqlara göstərdiyi diqqət və qayğı cəmiyyətdə yeni ənənənin əsasını qoymuş
oldu – indi insanlar, müxtəlif qurumların, o cümlədən beynəlxalq təşkilatların nü-
mayəndələri reklam xatirinə deyil, insansevərlik nöqteyi-nəzərindən çıxış edərək da-
vamlı olaraq bu müəssisələri ziyarət edir.
2004-
cü ildə Mehriban xanımın əqli və fiziki cəhətdən zəif uşaqlar üçün internat
məktəbində olarkən uşaqlarla ünsiyyət qurmasının, onlara nəvaziş göstərməsinin, ona
sarılan körpələri qucaqlayıb öpməsinin – bütün bu səmimi hislərin şahidi olan müəs-
sisə işçiləri təəccübünü gizlədə bilmirdilər. Mehriban xanımın belə davranışları ilk
zamanlar mühafizə xidmətini də çaşqınlığa salmışdı. Onlar belə olan təqdirdə nə cür
hərəkət edəcəklərinə – uşaqları Mehriban xanımın yanına buraxıb-buraxmamağa
qərar verə bilmirdilər. Bu gün isə artıq hər bir kəs aydın bilir ki, əqli və ya fiziki cəhətdən
sağlam olub-olmamasından asılı olmayaraq Mehriban xanım hər bir uşağın simasında
gələcəyin böyük azərbaycanlısını görür və hər bir uşağa əsl ana nəvazişi göstərir.