59
O, taleyi tərəfindən sərt sınaqlara çəkilmiş bu uşaqların həyat şəraitinin yaxşılaşdı-
rılması üçün hər şey edir. Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən
sonra qəlbində kədərli hislərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri
və internat məktəblərini ziyarət edərkən hər bir xırdalıqlara fikir verir, mütləq mətbəxə
baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Hər bir
uşağa əsl ana nəvazişi və qayğısı göstərir. Mehriban xanımın məhəbbəti uşaqlara çox
şey verib. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan
uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında
ailə mühiti yaradılıb.
2005-
ci ildə onun köməyi ilə internat məktəbində böyüyüb təlim-tərbiyə almış gənc-
lərin toy mərasiminin keçirilməsi, Mehriban xanımın da yeni ailə quranlarla, 18 ildən
çox onların qayğısını çəkənməktəbinmüəllimvə tərbiyəçiləri, daimi sakinləri ilə birlik-
də ana səmimiyyəti ilə şənlənməsi o vaxt hər kəsdə xoş ovqat, sonsuz sevinc hisləri do-
ğurmuş, müstəqil həyata qədəm qoyan gənclər üçün unudulmaz xatirəyə çevrilmişdi.
Valideyn himayəsindən məhrum olmuş uşaqların taleyi, gələcəyi dövlət orqan-
larının fəaliyyəti ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının,
vətəndaş cəmiyyəti təşkilatlarının, bizim hər birimizin fəallığından asılıdır”
23
söyləyən
Mehriban xanım bu uşaqların taleyi ilə daim maraqlanır, onların cəmiyyətdə layiqli
yer tutması üçün şərait yaradır. Onun təşəbbüsü ilə 2009-cu ildə Bakıda uşaq evlərində
tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün, 2013-cü ildə isə uşaq evləri və inter-
nat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının istifadəyə verilməsi
indiyədək bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasında mühüm rol oy-
nadı. Onun yüksək insani keyfiyyətlərindən xəbər verən bu addımları insanlarda böyük
rəğbət və minnətdarlıq hisləri doğurur.