61
Şəfqət onun xarakterinin nəzərəçarpan xüsusiyyətidir. Tibbi xidmətin keyfiyyətcə
müasir standartlar səviyyəsinə yüksəldilməsi, insanların, xüsusilə də uşaqların sağ-
lamlığı və əmin-amanlığı Mehriban xanımın xüsusi diqqət ayırdığı mövzudur. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə Fransaya
ilk rəsmi səfəri çərçivəsində Mehriban xanım hər hansı mədəniyyət ocağını deyil, Pari-
sin ən qədim uşaq müalicə ocaqlarından birini - ”Nekyap” xəstəxanasını ziyarət etmiş,
Azərbaycanın bu klinika ilə əlaqələrinin yaranması zərurətini, talassemiyadan və digər
xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqların bu xəstəxanada müalicə və reabili-
tasiya imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulamışdır.
Mehriban xanım səhiyyə sahəsində mövcud olan problemləri ortaya çıxardaraq ic-
timaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, tibbi yardıma eh-
tiyacı olan insanlara yüksək həssaslıqla yanaşmağa çalışır. “Tibb işçisi kimi gözəl başa
düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai
proseslər zəncirində axırıncı həlqədir. Bunun arxasında yoxsulluq, zərərli adətlər və
bəzən də, sadəcə müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzun-
müddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkə-
cək layihələrdən qorxmuruq, lakin, eyni zamanda, gözəl anlayırıq ki, bizdən ani tezliklə
yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb və-
zifədir, lakin, necə deyərlər, yolun öhdəsindən yolçu gələr”
24
.
Həkimlik xüsusi peşədir. Bu, ruh və qəlb
peşəsidir. Bu, dərdə şərik olmaq və şəfqət
elmidir. Bu, insanların halına yanmaq,
ehtiyacı olanlara əl uzatmaq peşəsidir.
Bu, altruizmdir.Mənim həyatım elə
gətirib ki, artıq çoxdandır öz peşəmlə
məşğul olmuram. Amma fəaliyyətimin
hər bir sahəsində, xüsusən də Heydər
Əliyev Fondunun prezidenti vəzifəsində
mən məhz bu prinsiplərə, bu əsasa
arxalanmağa çalışıram.
Mehriban Əliyeva