64
O, heç bir müraciətə biganə qalmır və əgər söhbət uşaqların sağlamlığından gedir-
sə həmin məsələni öz nəzarətinə götürür. “Xəstəlik böyük-kiçik tanımasa da, uşaqla-
rın əzabı daha ağrıdıcıdır”
25
söyləyən Mehriban Əliyevanın ağır xəstəliklərdən əziyyət
çəkən uşaqlara həssas münasibəti onun əvvəlcə 2004-cü ildə “Diabetli uşaqlara ən yük-
sək qayğı”, daha sonra isə 2005-ci ildə “Talassemiyasız həyat naminə kimi” genişmiq-
yaslı layihələrə imza atmasına səbəb oldu.
Uğurla həyata keçirilən layihələr Şəkərli diabet üzrə Dövlət Proqramı və Hemofiliya
və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramına xüsusi dəstək olaraq respub-
likada şəkərli diabet xəstələrinin zəruri preparat və müayinələrlə təminatında, Azərbay-
canda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasında, talassemiyadan
əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor
xidmətinin inkişaf etdirilməsində, talassemiyanın yayılmasının qarşısını almaqdan
ötrü əhalinin maarifləndirilməsində və talassemiya ilə mübarizə aparan bir sıra dövlət-
lərlə əməkdaşlığın genişləndirilməsində dönüş yaranmasına kömək etmişdir.
Müxtəlif ürək-damar xəstəliklərindən, o cümlədən ürək çatışmazlığından əziyyət
çəkən, dayaq-hərəkət aparatı problemləri olan uşaqlara kömək layihələri, bölgələrdə
mütəmadi olaraq aparılan peyvəndləşdirmə, qanvermə aksiyaları insanlar tərəfindən
əsl şəfqət və mərhəmət nümunəsi kimi qəbul edilir. Psixonevroloji uşaq evi, Xüsusi Qay-
ğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Rea-
bilitasiya Mərkəzinin istifadəyə verilməsi konkret xəstəlikdən əziyyət çəkən uşaqların
ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə almalarına kömək etdi.