68
Təmənnasız xeyirxahlıq onun həyat tərzidir. O, bunu belə izah edir: “Mən konkret
iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək,
yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən
nəsə edə bilmədikdə təəssüflənmək, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü
dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir
daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”
26
.
Onun yenidən sağlamlığa qovuşdurduğu on minlərlə insanın içində xalqımızın se-
vimli simaları olan neçə-neçə mədəniyyət və incəsənət xadimləri var – Alim Qasımov,
Ağaxan Abdullayev, Rafiq Hüseynov və bir çox başqaları. 2013-cü ildə istirahət zamanı
hovuzda üzərkən faciəvi surətdə iki ayağını itirən azyaşlı İmran Cəfərovun Almaniyaya
göndərilməsi təşəbbüsü də Mehriban xanım tərəfindən irəli sürülmüşdü. Balaca İmra-
nın Almaniyada olduğu müddət ərzində Mehriban xanım dəfələrlə onun müalicəsinin
gedişi ilə maraqlanırdı. Hamının səbirsizliklə gözlədiyi xəbər – müalicəsi Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən şəxsi nəzarətə götürülmüş İmranın Vətənə qayıtma-
sı Mehriban xanımın həqiqətən də hədsiz sevincinə səbəb oldu.
O, özündən asılı olmayan səbəblər üzündən kiməsə yardım edə bilməyəndə çox təəs-
süflənir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (ind. Azərbaycan Mədəniyyət
Fondu) direktoru İbrahim Quliyevin vaxtsız vəfatı onu çox sarsıtmışdı. Neçə-neçə in-
sanı sağlam həyata qaytarmış Mehriban xanımın rəhbərliyi altında işləyən bir insanın
öz problemləri ilə onu qayğılandırmamaqdan ötrü heç kimə xəbər vermədən müalicə
olunması səylərinin boşa çıxması onu çox üzmüşdü. Onun vəfatı ilə bağlı sarsıdıcı xə-
bəri eşidəndə Mehriban xanımın söylədiyi də məhz bu kəlmələr oldu: “Biz neçə-neçə
insanlara kömək edirik, nə qədər insanı sağlamlığına qovuşdururuq, amma İbrahimi
xilas edə bilmədik...”.
Bir neçə il bundan əvvəl sosial şəbəkələr vasitəsi ilə balaca Əlinin (Əli Saqi) müali-
cəsi üçün vəsait yığıldığını öyrənən Mehriban xanım dərhal uşağın müalicəsi ilə bağlı
bütün xərclərin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını tapşırdı. 2010-cu ilin
dekabr ayında, Yeni il bayramı ərəfəsində verdiyi geniş müsahibəsində jurnalistin so-
nuncu, hansı arzularının olduğu barədə sualına cavab verərkən Şuşada muğam müsa-
biqəsinin keçirilməsi, ölkəmizin inkişaf etməsi ilə bağlı arzularla yanaşı saf və təmiz bir
istəyin – “bizim Əlişkanın” sağalması arzusunu dilə gətirməsi Mehriban xanımın uşaq
sağlamlığına çox həssas münasibətinin daha bir göstəricisi oldu.
Kömək etmək cəhdlərinin boşa çıxdığı anlarda belə, o, öz nəcibliyi və səxavəti ilə
qaranlıq çökmüş ümidlərə işıq saçmağı bacarır. Dəfələrlə müalicə üçün Fond tərəfin-
dən Türkiyəyə göndərilmiş Əməkdar Artist Xanım Qafarovanın sağalması üçün əlindən
gələni etdi, hətta son günlərdə onun İsrailə göndərilməsi barədə tapşırıq da vermişdi.
Təəssüf ki, Xanım Qafarovanı itirdik. Dəfələrlə balaca qızının taleyindən narahatlığını
dilə gətirən Əməkdar Artistin övladı Mehriban xanımın tapşırığı ilə Fondun himayə-
sinə götürüldü.
Bu kimi misalların sayı-hesabı yoxdur. O, irəli sürdüyü və ictimaiyyət tərəfindən rəğ-
bətlə qarşılanan təşəbbüsləri ilə təkcə mövcud olan problemlərin həllinə çalışmır, eyni
zamanda bizlərə insansevərlik dərsi keçir.