70
Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Ce-
nevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevanın ana, uşaq və
ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə
bu beynəlxalq təşkilatın mükafatına layiq görülməsi onun bu sahədəki fəaliyyətinə ve-
rilmiş düzgün qiymətdir.
Mehriban Əliyevanın irəli sürdüyü hər bir ideya ictimai şüurda və həyatda köklü
dəyişikliklərə gətirib çıxarır. Fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası, onların
mövcud komplekslərindən azad olmalarına yardım, istedadlarının üzə çıxarılması və
inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi Mehriban xanımın bu mövzuya
göstərdiyi diqqətdən sonra cəmiyyətdə ön plana çəkildi. Onun təklifi ilə əlillərin ixtira-
çılıq fəaliyyətinin təşviq edilməsi və 15 ixtiraçıya Ümumdünya Əqli Mülkiyyət Təşkila-
tının mükafatlarının verilməsi, ölkənin müxtəlif bölgələrində Məhdud Fiziki İmkanlı
İnsanlar üçün Regional İnformasiya Mərkəzlərinin inşa edilməsi bu insanlara xəstəli-
yin yaratdığı məhdudiyyətlərdən azad olmağa, onların özlərinə, ətrafdakılara, dünyaya,
öz vəziyyətlərinə münasibətinin dəyişməsinə səbəb oldu.
Heydər Əliyev Fondu tərəfindən bu qədər
uşağa qayğı göstərilməsi və bu qədər
uşağın əməliyyat edilərək xilas olunması
məni təəccübləndirir. Bu, həqiqətən də
məni təsirləndirir. Heydər Əliyev Fondu və
Fondun prezidentinin insanlara və onların
ehtiyaclarına bu qədər yaxın olması çox
gözəldir.
Alessandro Ciamberti
Ürək cərrahı