80
Milli-mənəvi dəyərlər hər bir xalqın mədəniyyətinin inkişafında, onun milli şüuru-
nun formalaşmasında mühüm rol oynayır. Tarixən xalqın milli-mənəvi irsini, mədəni
dəyərlərini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək fenomenal şəxsiyyətlərin
adı ilə bağlı olmuşdur. Müasir Azərbaycan dövlətinin milli ədəbiyyatımız, musiqimiz,
incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz kimi möhkəm mənəvi
əsaslar üzərində qurulduğunu söyləyən Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə
nəzər salsaq onun bu dəyərlərin qorunub saxlanılmasına göstərdiyi böyük diqqət və
qayğının şahidi olarıq.
O, hesab edir ki, dövrlərin və nəsillərin varisliyi saxlanılmadan milli mədəniyyəti,
incəsənəti, milli ruhu formalaşdırmaq mümkün deyil və bəlkə də məhz elə buna görə
bu varisliyinin qorunmasına, mənəvi dəyərlərimizin bəşəri dəyərlərin tərkib hissəsi
kimi inkişafına, xalqımızın milli varlığını özündə yaşadan zəngin mədəni irsimizin
dünyaya tanıdılmasına xüsusi əhəmiyyət verir. Mehriban xanım hələ 1995-ci ildə təsis
etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu (ind. Azərbaycan Mədəniyyət Fondu)
ilə əsas amalını – milli mədəni irsimizin inkişafına və dünyada tanıdılmasına xidmət
etmək amalını müəyyən etmişdi.
Bizim ən böyük sərvətimiz bizim
mədəni irsimizdir. Bizim ədəbiyyatımız,
poeziyamız, musiqimiz, təkrarsız, nadir
xalçaçılıq məktəbimiz, təsviri sənətimiz,
memarlıq abidələrimizdir. Bu mədəni irs
bizi millət kimi qoruyub saxlayır. Bu gün
bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ
etmək hər birimizin mənəvi borcudur.
Mehriban Əliyeva