84
O, Azərbaycan dilinin inkişafı, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək
lazım gəldiyini gözəl bilir. “Əsrlər boyu millətlərin, xalqların formalaşmasında dil mi-
silsiz rol oynayır. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik
olan bir xalqdır. Eyni zamanda, Azərbaycan müstəqil dövlət kimi çox gəncdir. Biz Azər-
baycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, öz
köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni
terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli
bir mədəni və tarixi abidədir”
32
söyləyən Mehriban xanım Azərbaycan dilinin qorunub
saxlanılması, onun beynəlxalq səviyyəyə qaldırılması, beynəlxalq ictimaiyyətin Azər-
baycan reallıqları ilə məhz Azərbaycan dilində tanış olması üçün əlindən gələni edir.
2008-
ci ildə Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) Azər-
baycan dili fakültəsinin, 2009-cu ildə Rumıniyanın Kluj şəhərindəki Babeş-Bolyai Uni-
versitetində “Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu”nun və Moskva Döv-
lət Linqvistika Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin,
2013-
cü ildə isə Buxarest şəhərindəki Rumıniya-Azərbaycan Araşdırmalar Mərkəzinin
açılması xarici ölkələrdə Azərbaycan dilinin, ümumiyyətlə Azərbaycan tarixinin öyrə-
nilməsi üçün gözəl zəmin yaratdı.