86
Mehriban xanım əsrlər boyu xalqımızın milli varlığının və özünəməxsusluğunun
ifadəsi kimi formalaşmış zəngin mənəvi irsini, milli düşüncə və dəyərlər sistemini,
intellektual mülkiyyətini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miq-
yasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir. Onun
fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti, incəsənətimizin bir çox sahələri sanki
yenidən kəşf edilir, ölkə sərhədlərini aşaraq dünya miqyasında tanınmağa və sevilməyə
başlanılır. Milli-mədəni incilərimiz bir-birinin ardınca dünya mədəni irsi və bəşəriyyə-
tin qeyri-maddi mədəni irsi siyahısına salınır. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu,
İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı kompleksinin UNESCO-nun dünya mədəni
irs siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazır-
lanması sənəti, eləcə də Novruz bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına salınması məqsədyönlü fəaliyyətin nəticəsidir.
Təsadüfi deyil ki, 2004-cü ildə Mehriban Əliyeva şifahi xalq ədəbiyyatının və musiqi ir-
sinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə
UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.
Maraqlıdır ki, Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adının verilməsi
bir çox tədqiqatçılar tərəfindən onun timsalında milli mədəniyyətimizə, folklorumuza,
tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət və Mehriban xanımın şifahi irsin
və musiqi yaradıcılığı irsinin qorunub saxlanılması, inkişafı sahəsində ortaya qoyduğu
zəhmətin xoş bəhrəsi kimi dəyərləndirildiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev
bunu onun insani keyfiyyətləri ilə əlaqələndirir: “Çox şadam ki, onun fəaliyyəti bu cür
yüksək qiymətləndirilir və tanınır. Elə bilirəm ki, o, xoşməramlı səfir adını daşımağa
layiqdir. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilibdir. Bu, onun
xasiyyətinin fərqləndirici cəhətidir”
33
.