88
Muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən
gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli lə-
yaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu
hislər muğam fəlsəfəsinin əsasındadır”
34
fikri ilə muğamın dəyərini vurğulayan Meh-
riban Əliyeva onun qorunmasına, inkişafına və təbliğinə yönəlmiş çoxsaylı layihələrin
təşəbbüskarı kimi çıxış edib. Məhz bu layihələrin sayəsində Azərbaycan muğamına yeni
bir nəfəs verildi, muğam sənəti yeni inkişaf mərhələsinə qədəm qoydu.
2005-
ci ilin mart ayında UNESCO-nun xoşməramlı səfirlərinin illik iclasında xoş-
məramlı səfir qismində ilk dəfə iştirak edən Mehriban Əliyeva mədəni irsin qorun-
masına dair layihələr barədə məlumat verərkən, öz çıxışını Azərbaycan muğamlarına
həsr etmiş və elə oradaca Heydər Əliyev Fondunun ilk layihələrindən biri olan “Qara-
bağ xanəndələri” musiqi albomunu iştirakçılara təqdim etmişdir. Mehriban Əliyevanın
təşəbbüsü ilə ərsəyə gəlmiş və Azərbaycan muğam sənətkarlarının təmizlənmiş və yeni-
dən yazılmış ifalarından ibarət musiqi albomu elə o vaxt ayrı-ayrı ölkələri təmsil edən
tədbir iştirakçılarının diqqətini cəlb etmişdi.
Alboma “Qarabağ xanəndələri” adı qoyulmaqla bütün dünyaya bir daha göstərildi ki,
Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır,muğam isə bu torpağın dünyaya bəxş etdi-
yi nadir sənət nümunəsidir. Aydın məsələdir ki, bu, adi bir musiqi layihəsi olmadı, həm
də milli-siyasi əhəmiyyət daşımaqla, illərdən bəri aparılan erməni təbliğatına vurulan
böyük zərbəyə çevrildi
35
.
İnsanlara əbədi həqiqətlər haqqında düşünmək və bir də mənəvi rahatlıq tapmaq
imkanı yaratmaq” qüdrətində olan muğam kimi misilsiz, dərin fəlsəfi mahiyyətli mu-
siqi haqqında danışan Azərbaycanın xoşməramlı səfiri həm də mənəvi işğala məruz
qalmış Vətənimizin haqq səsini çatdırdı. O, Azərbaycanın sadəcə bir ərazi parçası deyil,
mədəniyyətimizin, mənəviyyatımızın ayrılmaz parçası olan Qarabağ haqqında onun öz
avazı, nəfəsi, tarixdən gələn ən obyektiv şahidləri və mühafizəçilərinin – musiqi səfirlə-
rinin səsi ilə danışırdı. Mehriban xanım UNESCO-nun açdığı imkanlar dairəsində yenə
də Azərbaycan reallıqlarını, mənəvi və mədəni sərvətlərin tarixini, bugünkü potensialı-
nı yüksək, inandırıcı, cəlbedici, müasir səviyyədə təqdim etdi
36
.