90
Zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması məqsədi ilə Hey-
dər Əliyev Fondu tərəfindən 2005-ci ildən keçirilən muğam müsabiqələri yeni ifaçılar
nəslinin yetişməsinə səbəb olmuşdur. Elə həmin il Mehriban Əliyevanın təşəbbüsü ilə
görkəmli muğam ustalarının iştirakı ilə dəyirmi masa keçirildi və Bakı şəhərində Bey-
nəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. UNESCO-nun xoşməramlı səfir-
lərinin illik yığıncağında çıxışı zamanı Mehriban xanım mərkəzin yaradılma məqsədi-
ni çox aydın şəkildə izah etdi: “Bu musiqi mərkəzini yaradarkən nəinki musiqiçilərin,
həm də musiqisevərlərin buraya gələrək musiqini dinləməsini, ənənəvi musiqimiz
barədə müzakirələr aparmağı və yaşlı nəsildən olan sənətkarların öz təcrübələrini, bi-
liklərini və ustalıqlarını yeni nəsillə bölüşdürməsini nəzərdə tutmuşuq. Ümid edirik ki,
bu mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya
mədəni irsinin qorunub saxlanması yolunda daha bir addım olacaqdır”
37
.
Azərbaycanda muğam sənətinin təbliği və tədqiqi işini təkmilləşdirmək, bu sənətə
qayğını daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yev tərəfindən 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq MuğamMərkəzinin yaradılma-
sı haqqında sərəncam imzalandı.Mehriban Əliyevanın bilavasitə iştirakı ilə çoxsaylı gö-
rüşlərin və məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi
tərtib edildi. Bu, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapma-
sında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi
addım oldu. Təməlqoyma mərasimində UNESCO-nun Baş direktoru Koişiro Matsuura-
nın da iştirak etdiyi möhtəşəm bina istifadəyə verildikdən sonra burada 2009-cu ildə
dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalının keçirilməsi də məhz Mehriban
Əliyevanın təşəbbüsü ilə baş tutdu.
Mehriban Əliyevanın hər bir məsələyə diqqətlə yanaşması və dəqiq təhlili bizim
üçün ilk baxışdan az əhəmiyyətli görünən məqamların bəzən elə bir təfərrüatını or-
taya çıxarır ki, onun mahiyyətini yalnız iş başa çatdıqdan sonra dərk edirik. Müxtəlif
millətlərdən olan muğamsevərləri, muğam ustadlarını və muğamşünas alimləri bir
araya toplayan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirildiyi Beynəlxalq
Muğam Mərkəzinin binası da bunun əyani sübutudur. 2008-ci ildə istifadəyə verilmiş
binanın formasında bir rəmzilik müşahidə olunur. O, qədim Azərbaycan musiqi alətlə-
rinin hissələrini xatırladır. İllər sonra, 2012-ci ildə Azərbaycan tar ifaçılığı və hazırlan-
ması sənətinin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ
siyahısına daxil edilməsi Mehriban Əliyevanın hələ 2005-ci ildə binanınmusiqi alətinin
hissələri formasında inşa olunması qərarının mahiyyətini üzə çıxardı.