95
Yeri gəlmişkən, bir faktı xüsusi vurğulamaq istərdim. Mehriban xanım onun təşəb-
büsü ilə həyata keçirilən layihələr çərçivəsində ucaldılan binaların görünüşünə xüsusi
önəmverir. “Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxt-
likdir” söyləyən Mehriban xanımın rəhbərliyi ilə inşa olunmuş hər bir binada onun
incə zövqünü duymaq mümkündür. O, Bakının tarixi simasının saxlanılması şərti ilə
şəhərin memarlığına müasir cizgilərin əlavə edilməsinə həssaslıqla yanaşaraq Şərq və
Qərb memarlığının incə vəhdətini yaratmağa nail olur.