97
Musiqidən söz açarkən onun tərcüməyə ehtiyacı olmadığını, sülh və ahəngdarlıq gə-
tirə bildiyini, dillərin yardımçı olmadığı məqamda fərqləri aradan qaldırdığını söyləyən
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq musiqi festival-
ları dünyanın tanınmış musiqiçilərinin Azərbaycanla yaxından tanışlığı və ümumiy-
yətlə müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli
şərait yaradır. Ənənəvi olaraq Qəbələdə təşkil olunan Beynəlxalq Musiqi Festivalı elə
keçirildiyi 2009-cu ildən bütün musiqisevərlərin diqqətini Azərbaycana yönəltmişdir.
2010-
cu ildə təşkil olunan Qəbələ İkinci Beynəlxalq Musiqi Festivalında ölkə Prezidenti
İlham Əliyevin və UNESCO-nun Baş direktoru İrina Bokovanın iştirakını festivalın əldə
etdiyi böyük nüfuzun göstəricisi kimi dəyərləndirmək olar. Elə həmin tədbirdə İrina Bo-
kova Mehriban xanımın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək, bəşəriyyətin
maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinə, mədəniy-
yətlərarası dialoqun inkişafı naminə daim göstərdiyi səylərin, mədəni müxtəlifliyin
möhkəmləndirilməsinə sanballı töhfənin, UNESCO-nun ideallarına və məqsədlərinə
sadiqliyinin təsdiqlənməsi əlaməti olaraq ona UNESCO-nun “Qızıl Motsart” medalını
təqdim etmişdir.
Azərbaycanın istedadlı ifaçılarını dünyanın ən nüfuzlu təhsil müəssisələrinə gön-
dərmək ideyası da ona məxsusdur. Onun sayəsində indi musiqinin incəliklərinə dərin-
dən yiyələnmiş İsfar Sarabski, Türkər Qasımzadə, Elvin Qəniyev, Fuad İbrahimov kimi
çoxsaylı gənc istedadlarımız Azərbaycanı xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlər-
də layiqincə təmsil edirlər.
Biz tam əsasla deyə bilərik ki, əgər ölkəni-
zin böyük mədəni irsi - şifahi ədəbiyyatın
müxtəlif nümunələrindən müasir musiqi
sənətinə qədər - bütün dünyada bu cür
nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə
şəxsən Sizin dəstəyiniz və prezidenti oldu-
ğunuz Heydər Əliyev Fondunun fəaliyyəti
sayəsində mümkün olmuşdur.
İrina Bokova
UNESCO-nun Baş direktoru