108
Çay necə dəmlənməlidir?
Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayın
keyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür.
Bu mənada samovar çayının dadı bir aləmdir.
Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan asılı
olaraq quru çay tökülür, onun həcminin 3/4 hissəsi təzə qaynadılmış su ilə
doldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. Dəm çayı qaynamamalıdır.
Belə olarsa, çayın keyfiyyəti aşağı düşür və ətri itir.
Çay süfrəsi
Azərbaycanda çay yalnız susuzluğu yatırtma vasitəsi olma mərhələsini
bir növ geridə qoyub. Azərbaycanda susuzlayıb-susuzlamamasından asılı
olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağa
hörmətin əlaməti sayılır.
Elçilik mərasimlərimizin də tacı çay sayılır. Hər halda, mərasimin
sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi də buna dəlalət edir.
Azərbaycanda bir çox problemlərin müzakirəsi də məhz çay süfrəsi
arxasında aparılır. İllərlə çıxış yolu tapılmayan bir problem bəzən
yarımsaatlıq çay süfrəsi arxasında oturub müzakirə olunmaqla həll edilir.
Sizə ətirli çay süfrəsi arxasında mənalı istirahət və könülxoşluğu
arzulayırıq.
A fent említettek arra szolgálnak tanúbizonyságul, hogy
Azerbajdzsánban sajátos teakultúra alakult ki, és a teaivás nem csak
a szomjoltás módját jelenti. Más szavakkal, az azeriek a teaasztalnál
társalognak, nevetnek, megnyitják lelküket a másik számára, próbálják
a problémákat megoldani.
Kívánunk önöknek kellemes pihenést és lelki harmóniát az aromás
tea asztalánál.