111
ŞƏKƏRBURA
SHEKEBURA
Ərzaqlar:
Əla növ 500 q. buğda unu, 150 q.
ərinmiş yağ, 200 q. üzlü süd, 2 ədəd
yumurta, 20 q. maya, 400 q.badam və ya
fındıq ləpəsi, 400 q. şəkər, 0,5 q.hil, 0,5
q.zəfəran, duz.
Hozzávalók:
Legjobb minőségű búzaliszt – 500 g,
olvasztott vaj – 140 g, teljes tej – 80 g,
tojás – 2 db, élesztő – 20 g, hámozott
mandula vagy dió – 400 g, cukor – 400
g, kardámon – 0,5 g, só.
Hazırlanması:
Xəmir mayasını 30-35°-yə qədər isidilmiş üzlü süddə əridir və azacıq duz vurur¬lar. Ayrıca qaba un
töküb, maya vurulmuş süd, yumurta, ərinmiş yağ və zəfəran suyu qatıb bərk xəmir yoğururlar, üstünü
örtüb 1-1,5 saat ərzində acımaq üçün isti yerdə 30-35° hərarətdə saxlayırlar.
Xəmir gəldikdə onu kündələyib 2 mm. qalınlıqda yayırlar. Sonra yayılmış dairəyə iç qoyub qıraqlarını
yiv şəklində bururlar. Şəkərburanı sol əlin ovcunda tutaraq sağ əl ilə kiçik maqqaşla bir üzündə müxtəlif
naxışlar salırlar. Şəkərburanı çuqun tavada və ya dəmir təbəqələr üzərində azacıq qurudurlar. Sonra
qızdırıcı sobada 180-200° -də 20-25 dəqiqə bişirirlər. Bişəndən sonra sobadan çıxarıb soyudurlar.
İç hazırlamaq üçün şirin badam ləpəsini qaynar suya tökürlər 5-8 dəqiqə pörtlədirlər. Sonra qabığını
çıxardıb azacıq qurudaraq ət maşınının xırda gözündən keçirir və 1:1 nisbətilə şəkər tozu və döyülmüş
hil ilə qarışdırırlar.
Qeyd: Badam əvəzinə qovrulmuş fındıqdan da istifadə etmək olar.
Elkészítés:
A tejet felmelegítik 30-35 Celsius fokra, belerakják az élesztőt, sót, tojást, olvasztott vajat, az átszitált lisztet
és összegyúrják a tésztát. A tésztát kint hagyják 1-1,5 órára, csinálnak 30-grammos labdákat és kigörgetik
2
cm vastagságú kicsi körökre. A körökre felrakják a tölteléket, a tésztát visszazárják, a széleit csavarosan
megcsipkedik. A felszínére különböző mintákat lehet elhelyezni. 160-180 Celsius fokon sütik 25-30 percig.
A töltelék elkészítéséhez, édes mandulát vagy sült diót darálnak diótörővel, és összekeverik cukorral
1:1
arányban.