Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Kədərli axmayaydı,
Göz yaşım axmayaydı,
Yad baxmağı bir yana –
Yar yada baxmayaydı.
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.
Qalanın daşı oldum,
Gözünün yaşı oldum.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.
Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.
BAYATILAR
Mus.: E.Mansurov
Söz: V.Əziz
Getdikcə bu eşqin mərəzi pürxətər oldu,
Getdikcə bu eşqin mərəzi pürxətər oldu,
Dərman elədikcə ona döndü betər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vah!
Bu vaqiədən cümlə-cahan bixəbər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vah!
Bu vaqiədən cümlə-cahan bixəbər oldu.
Həsrətdə qalıb, vəslə ümid eyləmişəmmən,
Həsrətdə qalıb, vəslə ümid eyləmişəmmən,
Zülmətdə qalıb, istəyim hər an qəmər oldu.
Sənsiz, gözəlim, hicrə dözüb zəhri içərdim,
Gəlcək yanıma zəhri dönüb bal-şəkər oldu.
Sənsiz, gözəlim, hicrə dözüb zəhri içərdim,
Gəlcək yanıma zəhri dönüb bal-şəkər oldu.
Gördüm səni hər
Dərdü ələm getdi, dağıldı.
Gördüm səni hər
Dərdü ələm getdi, dağıldı.
Əhvalıma bax, sanki gecəydi, səhər oldu.
Xəqani, sevin, indi yarın rəhmə gəlibdir,
Bundan sonra könlüm,
Deyəsən bəxtəvər oldu.
Xəqani, sevin, indi yarın rəhmə gəlibdir,
Bundan sonra könlüm,
Deyəsən bəxtəvər oldu.
BƏXTƏVƏR
OLDU
Mus.: T.Quliyev
Söz: Ə.Xəqani
16
03:22
04:08
15