Fikrimdə aylı, ulduzlu
Asiman var bu gecə.
Könlümdə körpə quzu tək
Bir ümman var bu gecə.
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Şimşəyə çaxma desəm mən,
İnan, çaxmaz bu gecə!
Araza axma desəm mən,
Bil ki, axmaz bu gecə!
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
Bircə sən yoxsan, əzizim,
Bilir aləm bu gecə!
Neçin olmadın, de, ey yar,
Mənə həmdəm bu gecə?
BU
GECƏ
Mus.: E.Sabitoğlu
Söz: Z.Xəlil
Küləklər şəhəri, odlar yurdusan,
Azəri elinin gur alovusan.
Qədim şəhərlərin gözüsən,
Bakı,
Gözəllik rəmzinin özüsən, Bakı.
Göz açmışam mən bu şəhərdə,
Boy atmışam mən bu şəhərdə.
Canım, qanımdır o mənim,
Bakımı necə sevməyim?
Göz açmışam mən bu şəhərdə,
Boy atmışam mən bu şəhərdə.
Canım, qanımdır o mənim,
Bakımı necə sevməyim?
Gümüştelli Xəzər hüsnünü bəzər,
Minarələr incə naxışa bənzər.
Qədim abidələr şəhəri Bakı,
Dünyanın ən gözəl məkanı – Bakı.
Göz açmışam mən bu şəhərdə,
Boy atmışam mən bu şəhərdə.
Canım, qanımdır o mənim,
Bakımı necə sevməyim?
Göz açmışam mən bu şəhərdə,
Boy atmışam mən bu şəhərdə.
Canım, qanımdır o mənim,
Bakımı necə sevməyim?
Bakımı necə sevməyim?
Bakımı necə sevməyim?
BU
ŞƏHƏRDƏ
Mus.: T.Babayev
Söz: G.Şıxəliqızı
18 17
03:18
02:54