Faytonçu asta gedər,
Qulağı səsdə gedər,
Faytonda gedən qızın
Sədası dosta gedər.
Eyvana Sona çıxdı,
Bürünüb dona çıxdı.
Sür atını, faytonçu,
Sür atını, faytonçu,
Sənə yollar açıqdır, açıqdır.
Şəhərin yolu daşdı,
Sağı daş, solu daşdı,
Bu şəhəri görənə
Xatirələr yoldaşdı.
Eyvana Sona çıxdı,
Bürünüb dona çıxdı.
Sür atını, faytonçu,
Sür atını, faytonçu,
Sənə yollar açıqdır, açıqdır.
Hər daşda bir nağıl var,
Nağılında noğul var.
Asta sür, bu şəhərin
Gül yuxusu dağılar.
Eyvana Sona çıxdı,
Bürünüb dona çıxdı.
Sür atını, faytonçu,
Sür atını, faytonçu,
Sənə yollar açıqdır, açıqdır.
FAYTONÇU
Mus.: T.Quliyev
Söz: N.Kəsəmənli
Gözümün işığına hər kirpik bir yük olur.
Gözümün işığına hər kirpik bir yük olur.
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də bir gecə böyük
olur,
Bəzən bir ömürdən də bir gecə böyük
olur,
Gecə yaman uzundur.
Gecə yaman uzundur.
Ah... sən hardan bilirsən
Gecə yaman uzundur.
Xəyallar şirin-şirin, xəyallar acı-acı,
Xəyallar şirin-şirin, xəyallar acı-acı,
Gecə yaman uzundur.
İndi yəqin yuxuda xumar-xumar
gülürsən,
Ah... sən hardan bilirsən
Gecə yaman uzundur.
Ah... sən hardan bilirsən
Gecə yaman uzundur.
Gecə yaman uzundur.
Gecə yaman uzundur.
GECƏ YAMAN
UZUNDUR
Mus.: F.Babayeva
Söz: F.Qoca
26 25
01:54
03:40