28
03:33
04:09
27
Sən bizə təbiət oyananda gəl,
Lalələr al rəngə boyananda gəl.
Sevənlər ataraq qəmin daşını,
Görüşüb sevinclə dayananda gəl.
Görüşüb sevinclə dayananda gəl.
Gəl bizim dağlara, gör nə gözəldir,
Çayları seyr elə çağlayıb getsin.
Ürəkdən kədəri qovlayıb getsin,
Burdan ayrılanda ağlayıb getsin.
Burdan ayrılanda ağlayıb getsin.
Bulaqlar səsləyər suyuna səni,
Fəsillər ən gözəl ayına səni.
Payızda tar-kaman gələndə dilə,
Cavanlar çağırar toyuna səni.
Cavanlar çağırar toyuna səni.
Gəl bizim dağlara, gör nə gözəldir,
Çayları seyr elə çağlayıb getsin.
Ürəkdən kədəri qovlayıb getsin,
Burdan ayrılanda ağlayıb getsin.
Burdan ayrılanda ağlayıb getsin.
Gəl bİzİm
dağlara
Mus.: A.Məlikov
Söz: H.Abbas
Gəl inad etmə böylə, sevimli dilbərim.
Gəl inad etmə böylə, sevimli dilbərim.
Yollarını gözləyir intizar gözlərim.
Gəl, gəl, qadan, bəlan mən alım, yar.
Sənsiz gülməz eşqim, amalım, yar.
Gəl yada salma, dildar, ey vəfadar,
olub keçənləri hər nədir,
Qəlbinə dəymişəm, yar, bilirəm, yar,
bilirəm, hər günah məndədir.
Bilirəm, hər günah məndədir.
Qəlbim, gözüm, yar, yenə səndədir,
Qəlbim, gözüm, yar, yenə səndədir.
Laylasını dinlə, gəl, suların, sevgilim,
Laylasını dinlə, gəl, suların, sevgilim,
Seyrinə çıxaq birgə baharın, sevgilim.
Gəl, gəl, qadan, bəlan mən alım, yar,
Sənsiz gülməz eşqim, amalım, yar.
Gəl, yada salma dildar, ey vəfadar,
olub keçənləri, hər nədir,
Qəlbinə dəymişəm, yar, bilirəm, yar,
bilirəm, hər günah məndədir.
Bilirəm, hər günah məndədir.
Qəlbim, gözüm, yar, yenə səndədir.
Qəlbim, gözüm, yar, yenə səndədir.
Qəlbim, gözüm, yar, yenə səndədir.
Qəlbim, gözüm, yar, yenə səndədir.
Gəl İnad
etmə
Mus. və Söz: B.Nəsibov