10 9
02:56
04:17
Qəmgİn
mahnı
Mus.: T.Quliyev
Söz: Z.Cabbarzadə
Mən çox gün görmədim
Bil ki, dünyada.
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən.
Mən çox gün görmədim
Bil ki, dünyada.
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən.
Hər gülün rəngini
Salıram yada, mən yada.
Ağlaya-ağlaya...
Ağlaya-ağlaya...
Qaranlıqda mən.
Ağlaya-ağlaya...
Ağlaya-ağlaya...
Qaranlıqda mən.
Bax, gəlib ilk bahar,
Qaynayır sular.
Gör, nələr söyləyir
Quşların səsi?
Ürəyimdə şirin,
Ən xoş arzular, arzular.
Dilimdən düşməyir,
Dilimdən düşməyir,
Sevgi nəğməsi.
Dilimdən düşməyir,
Dilimdən düşməyir,
Sevgi nəğməsi.
Ürəyim dəryadır
Çağlayır, coşur.
Gül-çiçək gətirir
Bahardan sonra.
Təbiət eşqimə
Nəğmələr qoşur, nəğmələr.
Xoşdur bu dünyada,
Xoşdur bu dünyada
Bəxtiyar olmaq.
Xoşdur bu dünyada,
Xoşdur bu dünyada
Bəxtiyar olmaq.
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neynəyim, ürəyim heç yatmır evə.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.
Küçələr, döngələr izindən qalıb,
Yarpaq pıçıltısı sənin səsindir.
İşıqlar zil qara gözündən qalıb,
Bu şirin xatirə mənim bəsimdir.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.
Dostlarım bilirlər, nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim.
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.
Payız
gəldİ
Mus.: E.Sabitoğlu
Söz: F.Qoca