Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır, bu gün
nədəndir?
Yaman gündə dost əlindən bərk
yapış,
Dünyanın həvəsi keçib gedəndir.
Dünyanın həvəsi keçib gedəndir.
Bizim bağlar, çöllər xoş bir tamaşa,
Sonalar göllərdə gəzərlər qoşa.
Necə çətin olsa ömrün yolları,
Birlikdə yorulmaz vurarıq başa.
Birlikdə yorulmaz vurarıq başa.
Bulud gələr, çiskin çilər, çən eylər,
Yar yarından ayrı düşsə qəm eylər.
Sevgilimdən necə qalım aralı,
Bir baxışla qəlbə yüz məlhəm eylər.
Bir baxışla qəlbə yüz məlhəm eylər.
Qızıl
üzük
Mus.: T.Quliyev
Söz: R.Rza
Qızlar
mahnısı
Mus.: T.Quliyev
Söz: Ə.Əlibəyli
Çıxdı gün, gül oyandı,
Hər tərəf al boyandı.
Dərdimdən neçə oğlan
Yanar oda qalandı.
Mən güləm, gül üzüm
Belə heç zaman solmaz.
Mənim kimi gözəli
Belə sevməmək olmaz.
Dağlarda qar sevərlər,
Ağacda bar sevərlər.
Özünə çox güvənmə,
Üstünə yar sevərlər.
Dağ döşündən aşmıram,
Küsmüşəm barışmıram.
Hamıdan göyçək mənəm,
Lakin heç danışmıram.
12
03:00
01:24
11