22 21
01:51
03:02
Taleyİm
mənİm
Mus.: O.Kazımi
Söz: C.Novruz
İl ötdü, ay keçdi,
Qəlbimi açmadım heç kimə,
Heç kimə, mən, yar.
Yan, bir şimşək kimi
Ömrümdən keçginən,
Keçginən, keçginən, sən, yar.
Fəsillər adlandı, könüllər odlandı,
Sevənlər şadlandı.
Bəs mən neynim, neynim, gəl,
Taleyim, gəl, sən məni qurtar
Bu hicran əlindən.
Dağlara qar düşər,
Hələ mənə yanaram,
Yanaram, yanaram mən, yar.
Yadıma yar düşər,
Həsrətdən donaram, donaram,
Donaram mən, yar.
Fəsillər adlandı, könüllər odlandı,
Sevənlər şadlandı.
Bəs mən neynim, neynim, gəl,
Taleyim, gəl, sən məni qurtar
Bu hicran əlindən.
Qoy mən yenə söhbət açım
İlk baharımdan,
Nəğməm ilə bir də keçim
Öz diyarımdan.
Qoy mən yenə söhbət açım
İlk baharımdan,
Nəğməm ilə bir də keçim
Öz diyarımdan.
Bol bəhrəli Muğan düzü,
Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan!
Tər gülləri şəfalıdır,
Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!
El qızları düzüm-düzüm
Kür qırağında.
Min gül açır Gəncəmizin
Hər budağında.
Dost elləri Qarabağın
Dağ vüqarlıdır.
Gen çölləri bu torpağın
Xoş baharlıdır.
Bol bəhrəli Muğan düzü,
Mil düzü, Şirvan düzü,
Gəl-gəl deyir şən Azərbaycan!
Tər gülləri şəfalıdır,
Göygöl nə səfalıdır,
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!
Şən
Azərbaycan
Mus.: P.Bülbüloğlu
Söz: M.Günər