26 25
02:06
02:05
Toy
mahnısı
Mus.: T.Quliyev
Söz: Ə.Əlibəyli
Məclis düzəlib,
Tez gəlin dostlar.
Dolsun qədəhlər,
Deyilsin tostlar.
Bu gözəl toy gecəsi,
Məclisin şən nəğməsi,
Bu gözəl toy gecəsi,
Məclisin şən nəğməsi,
Ucalsın, ucalsın nəğməsi.
Çalın tarı, kamanı,
Qızışdırın aranı.
Qoy oynasın qonaqlar.
Qol qalxsın havaya,
Bəyi çəkin araya,
Nəğmə desin dodaqlar.
Çalın tarı, kamanı,
Qızışdırın aranı.
Qoy oynasın qonaqlar.
Qol qalxsın havaya,
Bəyi çəkin araya,
Nəğmə desin dodaqlar.
Qaldır qədəhi,
Gəlin sağ olsun.
Bəyin həmişə
Üzü ağ olsun.
Bu gözəl toy gecəsi,
Məclisin şən nəğməsi,
Bu gözəl toy gecəsi,
Məclisin şən nəğməsi,
Ucalsın, ucalsın nəğməsi.
Yenə göy üzünü bulud aldı, yar,
Ah, niyə gəlmədi, harda qaldı?
Yenə göy üzünü bulud aldı, yar,
Ah, niyə gəlmədi, harda qaldı?
Gözümü yolda qoyub bir yubanan yar,
nə edim?
Gözümü yolda qoyub bir yubanan yar.
Aaaaaah!
Baxıram yağışa, gedirəm o başa,
gəlirəm bu başa.
Aaaaaah!
Baxırsan yağışa, bəlkə də,
başını atırsan balışa.
Gülüm, harda qaldı, qaş qaraldı,
Gözümü yolda qoyub bir yubanan yar,
nə edim?
Gözümü yolda qoyub bir yubanan yar.
Yar gəlir görüşə, gözüm aydın, yar,
Sürüşə-sürüşə, gözüm aydın.
Yar gəlir görüşə, gözüm aydın, yar,
Sürüşə-sürüşə, gözüm aydın.
İslanıb üstü-başı yaz yağışından yarımın,
Tökülür bir can alan naz baxışından.
Aaaaaah!
Qurbanam nazına, yurdumun qızına,
qışına, yazına.
Aaaaaah!
Bal kimi sözünə, qap-qara gözünə,
ay kimi üzünə.
Gülüm, xoş gəlmisən, mənimkisən.
Gün batıb, qaş qaralıb,
gəl, görüşə tez, gözəlim,
Gün batıb, qaş qaralıb, gəl, gözəlim, gəl.
Tez gəl
Mus.: T.Quliyev
Söz: Z.Cabbarzadə