Qismət imiş qızıl gülün butası,
Sən olasan doqquz oğul atası.
Qız evini boynu bükük görəndə,
İnciməsin bəy evinin qudası.
İgidlərin yoxdur sayı bu yerdə,
Bəy oğlanın yoxdur tayı bu yerdə.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun.
Qız anası, əlli tərpən, diri gəl,
Ay toy bəyi, nə durmusan ,bəri gəl.
Bəyimizin tərifini deməyə,
Aşıq qardaş, meydan sənin, bəri gəl.
Bəyimizin tərifini deməyə,
Aşıq qardaş, meydan sənin, bəri gəl.
İgidlərin yoxdur sayı bu yerdə,
Bəy oğlanın yoxdur tayı bu yerdə.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun.
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun.
Toy
mahnısı
Mus.: E.Sabitoğlu
Söz: İ.İsmayılzadə
Toydan sonra
düzələr
Mus.: P.Bülbüloğlu
Söz: F.Qoca
Məndə yaxşı bəxt ola,
Bu gün axşam vaxt ola.
Çiçək taxıb yaxana
Əllərim xoşbəxt ola.
Qurbanam göz-qaşına
Deyiləm özbaşına.
Mən çox danışıram ki,
Gəlim sənin xoşuna.
Burdan sizin qapıyadək
Elçilərim düzülər.
Toya kimi sən küsməsən
Toydan sonra düzələr.
Bu xoş gündə nə kədər
İşarə etsən əgər.
Atılıb ortalığa
Oynaram sübhə qədər.
Dodağı bal, dili bal
İstəyirsən olum lal.
Məndən bir çiçək istə
Üstündə ömrümü al.
Burdan sizin qapıyadək
Elçilərim düzülər.
Toya kimi sən küsməsən
Toydan sonra düzələr.
Könlüm səni izləyir,
Dilim şirin söz deyir.
Sən bizə köçən günü
Anam, bacım gözləyir.
Ay ömrümün çiçəyi
Evimdə yandır şamı.
Sən toyu ləngidirsən
Məni danlayır hamı.
28
02:29
02:10
27