Yağış yağır bu şəhərə,
Gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə,
Bir də yağışlı gecədir.
Yağış yağır, bu ki,
Göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir,
Ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini
Görən hardan bilir yağış.
Yağış yağır, bu ki,
Göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bəlkə göylər bu torpağa
Sevgisindən söhbət açır,
Yağış yağır,
Bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yağış da,
Bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan
O səhər də bizimkidir.
Saçlarında, əllərində
Damcıların parıltısı,
Qəlbimizə axıb gedir
Bu yağışın pıçıltısı.
Yağış yağır, bu ki,
Göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir,
Ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini
Görən hardan bilir yağış,
Yağış yağır, bu ki,
Göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Yağış
Mus.: A.Səmədzadə
Söz: K.Abiyeva
Yaşa,
ürəyİm
Mus.: Ə.Məmmədov
Söz: M.Müşviq
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa, ürəyim!
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa, ürəyim!
Sevgi hədəfini nişan alanda,
Dəydimi oxların daşa, ürəyim!
Sevgi hədəfini nişan alanda,
Dəydimi oxların daşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim.
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim.
Yaşa məhəbbətim, yaşa ürəyim.
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada.
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada.
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım çaşa, ürəyim.
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım çaşa, ürəyim.
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim.
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim.
Yaşa məhəbbətim, yaşa ürəyim.
32
05:23
03:22
31