30 29
05:14
05:12
Xoşum
gəlİr
Mus.: V.Adıgözəlov
Söz: T.Şahdağlı
Bu dünyada bil ki, gülüm,
Təkcə səndən xoşum gəlir.
Bu dünyada bil ki, gülüm,
Təkcə səndən xoşum gəlir.
Ay incəbel, siyahtelli,
Təkcə səndən xoşum gəlir.
Ay incəbel, siyahtelli,
Bircə səndən xoşum gəlir.
Qılıncını azca əsdir,
Al canımı, daha bəsdir.
Qılıncını azca əsdir,
Al canımı, daha bəsdir.
Yığılsa da Leyli, Əsli,
Təkcə səndən xoşum gəlir.
Yığılsa da Leyli, Əsli,
Təkcə səndən xoşum gəlir.
Bu nə işvə, bu nə nazdır,
Eşqin günəş, qəlbim yazdır.
Gündə min yol desəm azdır,
Təkcə səndən xoşum gəlir.
Gülüm, səndən xoşum gəlir.
Bil ki, səndən xoşum gəlir.
Bu nə işvə, bu nə nazdır,
Eşqin günəş, qəlbim yazdır.
Gündə min yol desəm azdır,
Təkcə səndən xoşum gəlir.
Bil ki, səndən xoşum gəlir.
Gülüm, səndən xoşum gəlir.
Üzün səhər, saçın gecə,
Bu ellərdən keçə-keçə.
Harda olsam – Bakı, Gəncə,
Təkcə səndən xoşum gəlir.
Üzün səhər, saçın gecə,
Bu ellərdən keçə-keçə.
Harda olsam – Bakı, Gəncə,
Təkcə səndən xoşum gəlir.
Taleyimdən çıxıb gedəndən bəri
Sildin yaddaşından xatirələri,
Dəfn etdin bu eşqi sən diri-diri.
Unutdun məni.
Məni ağlar qoydu zalım intizar.
Yerlər də, göylər də edir ahü-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar,
Unutdun, bəxt ulduzum söndü,
dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan
bir səs ucaldı.
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan
bir səs ucaldı.
Unutdun, unutdun məni.
Od olan qəlbini buza dəyişdin.
Son payız ömrünü yaza dəyişdin.
Müqəddəs andını sözə dəyişdin.
Unutdun məni.
Məni ağlar qoydu zalım intizar.
Yerlər də, göylər də edir ahü-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar.
Unutdun
mənİ
Mus.: N.Əzimov
Söz: R.Sabir