Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur, neyləyim?
Qərənfilin gözü yolda qalanda,
Yasəmənlər saçın yolur, neyləyim?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
ALA
GÖZLÜM
Mus.: E.Sabitoğlu
Söz: N.Rəfibəyli
Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar.
Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar.
Ana qəlbin laylay olar gəzər,
Doğma səsin ömrü-günü bəzər.
Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz anam.
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, anam.
Ana, səsin aydın səhər olar,
Ana, qəlbin keşik çəkər bizə,
Yolum üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə.
Mənim görən gözümsən sən, ana,
Ömrüm-günüm, özümsən sən, ana.
Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz anam.
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, anam.
ANA
Mus.: S.Əliyeva
Söz: F.Qoca
21
04:27
05:35