Hər yanda al-əlvan çiçək açılır,
Baxdıqca üz gülür, ürək açılır.
Bəs neyçin yerində tutmayır qərar?
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.
Həyatım, gəncliyim bəxtəvər, azad.
Məhəbbət insana verir qol-qanad.
Çataram mən sizə bir gün vaxt olar.
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.
ARZULAR
Mus.: T.Quliyev
Söz: Z.Cabbarzadə
Mən sənə həmişə ana demişəm,
Ülfətin şirindir, nəfəsin ilıq.
İnan ki, bürüyər ürəyimi qəm,
Əgər aramıza düşsə ayrılıq.
Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən.
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən.
Xəzərin, Göygölün, Arazın, Kürün
Eşqini qoparmaq olmaz sinəmdən.
Neçə min həyatın, neçə min ömrün
Sevinci, fərəhi, bəzəyi sənsən.
Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən.
Sonsuz məhəbbətim, sözüm, dastanım,
Yaranıb əbədi məhəbbətindən.
Sazın da, neyin də, incə tarın da,
Qocan da, gəncin də mənə əzizdir.
Zərif bayatın da, mahnıların da
Yaşayan eşqimiz, ürəyimizdir.
Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən.
Sonsuz məhəbbətim, sözüm, dastanım,
Yaranıb əbədi məhəbbətindən.
ANAM
AZƏRBAYCANIM
Mus.: O.Rəcəbov
Söz: A.Babayev
4
02:44
01:56
3