105
Muğam Mustafazadə üçün dəyəri, qiyməti ölçüyə gəlməyən sərvət deyildi,
müqəddəs, toxunulmaz bir şey deyildi ki, ona qorxa-qorxa, titrək əllərlə yanaşay-
dı, müdhiş bir səhv buraxmaqdan, nəyisə qırıb-sındırmaqdan, nəyisə itirməkdən
ehtiyatlanaydı. Muğam anasının genlərilə verilmişdi Vaqifə. Odur ki, muğam onun
üçün, demək olar ki, adi, gündəlik, təkrarlanan bir şey idi. Mustafazadənin muğam-
la ünsiyyəti hansısa ezoterik və sakral həqiqətləri yaxına buraxmırdı və o, yasaqları
adlayıb muğam ənənəsinin mahiyyətini belə dəyişməkdən çəkinmirdi. Bu mənada
Mustafazadə Üzeyir Hacıbəylinin möhkəm əqidəli davamçısı sayıla bilər.
Əsrlər boyunca muğamla baş vermiş dəyişikliklər heç vədə onun təbiətinin
mahiyyətinə, məğzinə toxunmayıb. Və yalnız XX yüzilin ön sənələrində
Hacıbəylinin ilk muğam operalarının yaranması ilə əvvəllər topdağıtmaz muğam
substansiyası radikallaşdı və yenidən dərk edilməyə başlandı. Həqiqətən, Üzeyir
Hacıbəylidən və Fikrət Əmirovdan sonra məhz Vaqif yaradıcılığı muğam sənətinə,
sözün əsl mənasında, novator dəyişmələr gətirdi.
Yüz il öz içinin dərinliyinə get, oradan isə yenə bir yüz il də öz içinin dərinliyinə
get, sonra yenə və təzədən yenə də... Bax, elə buna görə də Gerşvinin
The Man
I Love
mövzusu Vaqifin musiqi həyatının
proqramına
çevrilmədi.
Orero” markası altında Tallindən Tiflisə qayıtdıqdan sonra Mustafazadə 1967-ci
ildə daha bir kollektiv yaradır və oraya müğənni Elza Bandeladzeni bir solo ifaçı
kimi dəvət eləyir. Cox az bir vaxt ötəcək və Elza Bandeladze Vaqifin ömür-gün
yoldaşı olacaq. Daha sonra isə bu qadın tanınacaq caz vokalçısı Elza Mustafazadə
kimi. Məhz onun sayəsində Vaqif kompozisiyalarının bəzi notları meydana çıxdı
və qorunub saxlandı:
Günəşli bir gün idi. Vaqif həmişəki kimi yaxınlaşırdı pianoya və nəsə dınqıldadır-
dı. Birdən barmaqlarının şirmayı dillərlə təmasından peyda olan bir mövzu onun
xoşuna gəldi və Vaqif başladı bu mövzunu işləməyə. Qurtaranda mən ona yaxın-
laşdım, notları və karandaşı Vaqifə uzadıb xahiş elədim ki, bunları nota köçürsün.
O da dedi ki, “yox ki yox”: min bəhanə ilə boyun qaçırdı və söylədi ki, ömründə
öz işlərini heç vaxt nota yazmayıb. Çünki əla yaddaşı var və o öz yaddaşına
inanır. Mən çox dedim, o az eşitdi. Bir xeyli onu dilə tutdum. Amma hər halda,
axırı ki, mövzu nota köçürüldü”.
67
Bununla da Mustafazadənin “76” adı altında
şifrələnmiş məşhur pyesi doğuldu ki, burada 76 rəqəmi mövzunun 76 takt sayını
simvollaşdırdı.
Raxmaninov etalondur, mən həyatım
boyu onu özumə örnək bilmişəm…”