107
Yeni kollektiv vur-tut cəmi bir il yaşadı: lakin bu kollektivlə iş zamanı elə cizgilər
formalaşıb özünü büruzə verdi ki, onlar sonradan “Leyli” və “Sevil” vokal co-
ğalarında inkişaf etdiriləcək. Bunlar hansı cizgilərdi? Əlbəttə ki, tanış mövzuların
improvizə əlavələrilə zənginləşməsi, melodiyanın inkişaf xəttinin sərbəst vokalizlə
uzlaşdırılması, vokal akkordikasının caz kəskinləşməsi. Dinləyici getdikcə daha çox
alışırdı ona ki, Vaqifin hər başlanğıcı şirnikləndirən
musiqi sərgüzəştidir
və bu
sərgüzəştin finalı həmişə paradoksal və gözlənilməzdir. Və Tiflisin caz həvəskarları
Azərbaycandan gəlmə qonağın yaradıcılıq uğurlarını həssaslıqla, həvəslə, hərdən
isə qərəzlə izləyirdilər: bilirdilər ki, o, caz aləmində heç kəsin getmədiyi yollarla
gedir və bu yollarda yeni cığırlar açır. Düzdür, bu “qonaq ezamiyyəti”nin limiti
tükənirdi, çünki 1968-ci ildə Azərbaycanın o vaxtkı mədəniyyət naziri Gürcüs-
tana gəldi və Mustafazadənin çıxışlarından birinə qulaq asdı. Caz bilicisi kimi
tanınan nazir elə bir təklifdə bulundu ki, ondan imtina etmək mümkün deyildi.
Mahiyyətcə bu təklif köhnə bir devizi yenidən aktuallaşdırırdı: Vətənə dönmək
devizini.
Vaqif üçün bu, Xoşbəxtlik idi! Yenidən doğma torpaq, doğma şəhər, doğma ev və
anası.* Amma ona asan başa gəlmirdi bu müddət ərzində öyrəşdiyi Tiflislə vidalaş-
maq da: çünki bu şəhəri sevmişdi, Tiflisə əzizi və yaxını kimi yanaşmışdı. Odur ki, Vaqif
gürcülərin paytaxt şəhərini heç zaman unutmayacaq. Eləcə də Tiflis dahi Azərbaycan
pianoçusunun adını əsrlərin yaddaşında saxlayacaq.
Vaqif və Tiflis
Tiflis Vaqifin ilk İttifaq miqyaslı tanıtımıdır və İttifaq miqyaslı ilk uğurudur. Tallin festi-
vallarının şöhrətinə, xarici mütəxəssislərin məftunluq dolu rəylərinə doğru yol məhz
buradan başlayır.
Tiflis öz musiqi dilinə doğru yoldur, müxtəlif piano ifaçılarının üslubunu yamsılamaq
və təqlid etməkdən muğam melosunun işlənilməsinə və istifadəsinə doğru yoldur.
Məhz bu yol onu Bakıda muğam və cazın sintezinə və öz üslubuna aparıb çatdı-
racaq.
Tiflisdə o, unikal bir hadisə, gürcü xalq polifoniyası ilə tanış oldu. Bu təcrübəni,
təbii ki, vətənə qayıtdıqdan sonra o, “Sevil” vokal-instrumental ansamblında tətbiq
eləməyə çalışacaq: istəyəcək ki, Azərbaycan mahnısının ruhuna caz çoxsəsliliyi da-
mızdırsın, caz çoxsəsliyi əlavə eləsin.
*
Mütləq xatırlatmaq gərəkdir ki, Vaqifin
Tiflisdə yaşadığı çağlarda Zivər xanım
oğluna vaxtaşırı pul göndərib ona təkcə
maddi cəhətdən dəstək olmurdu, arada
bir qazan-qazan plov, dolma, Azərbaycan
şirniyyatı və Vaqifin sevdiyi yeməklərdən
götürüb Tiflisin üstünə “hücum çəkirdi”
və uşaqlara bayram düzəldirdi. Qonaqlar
tökülüşüb gəlirdi, musiqiçilər yeyib-içib
keflənirdilər.